Ukraynada cinayətkar qruplaşmanın azərbaycanlı lideri tutuldu
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları
beynəlxalq cinayət qruplaşma ilə mübarizə çərçivəsində Azərbaycan
vətəndaşını saxlayıb.
Publika.az “korrespondent.net” saytına
istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti
bildirib.
Azərbaycan vətəndaşının cinayətkar qruplaşmanın liderlərindən
biri olduğu deyilir.
Qeyd edilir ki, o, ağır cinayətlərin törədilməsi, xüsusi halda
cinayətkar qruplaşmanın tərkibində odlu silahın tətbiqi ilə
hücumlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün
Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
Ukrayna Təhlükəsizlik Xidməti müəyyən edib ki, axtarılan şəxs
Ukraynanın mərkəzi hissəsində kiçik qəsəbədə gizlənirdi. O, hazırda
həbsdədir.
Saxlanılan şəxsin Azərbaycana ekstradisiyası haqqında məsələni
həll edilir.
Ömər