UEFA-dan “Qalatasaray”a BƏD XƏBƏR – YOXLAMALAR BAŞA ÇATDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

UEFA-nın “Qalatasaray”ı daha bir il Avropadan
uzaqlaşdırmaq qərarını verməyə hazırlaşdığı
bildirilir.

Publika.az xəbər verir ki, UEFA-nın klubla
bağlı yoxlamaları başa çatıb. Nəticədə “Qalatasaray”ın bir neçə ilə
qabaq söz verdiyi öhdəlikləri yerinə yetirmədiyi üzə çıxıb.

Buna görə də UEFA-nın Maliyyə Nəzarəti Qurumunun 2016-cı ildə
“sarı-qırmızılı”lara verdiyi, lakin sonradan geri götürdüyü cəza
maddəsini yenidən tətbiq edəcəyi gələn xəbərlər arasındadır.

Klubun prezidenti Mustafa Çingiz bu incələmələrdən sonra dərhal
hərəkətə keçib. O, gələn ay Nyon şəhərində UEFA-ya klubun müdafiəsi
ilə bağlı lazımi sənədlərin təqdim edilməsi üçün işə başlayıb.
Məqsəd “Cimbom”a verilə biləcək hər hansı cəzanın qarşısını
almaqdır.

Qeyd edək ki, “Qalatasaray” 2011-2017-c illər arasında 298
milyon avro zərər edib. Hazırda klubun yaxın aylar ərzində mütləq
ödəməli olduğu 20 milyon avro kredit borcu mövcuddur. Əgər yaxın
aylarda bu öhdəliklər yerinə yetirilməsə, yaxud “Qalatasaray” UEFA
ilə “dil” tapa bilməsə, komandanın qarşıdakı bir il ərzində Avropa
kuboklarından uzaq qalacağı dəqiqdir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp