Türkiyə ordusu dünyanı HEYRƏTLƏNDİRDİ – Yalnız “Mehmetcik” BACARIR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə ordusu Afrində keçirilən “Zeytun budağı”
əməliyyatında peşəkarlığın növbəti nümunəsini nümayiş
etdirdi.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, Türkiyə Silahlı Qüvvələri Agfrinin cənubi-şərqində terror
təşkilatına aid konvoyu qurudan vurmaqla bir imkansızı bacarıb.

Türkiyə KİV-inin yazdığına görə, hərəkət edən vasitələrin
qurudan edilən atəşlə dəqiq vurulması az qala qeyri-mümkün
işdir.

Hərəkət edən hədəflərin top və raket atəşləri ilə vurulması
xarici ölkələrin orduları üçün qeyri-mümkün görünsə də, bu, Türkiyə
ordusu üçün belə olmadığı deyilir.

Xatırladaq ki, dünən PKK/KCK/PYD-YPG və İŞİD terror
təşkilatlarına aid 30-40 avtomobildən ibarət olan və terrorçularla
silah-sursat daşıyan konvoyun 2018-ci il fevralın 22-də Afrinin
cənubi-şərqində şəhərə yaxınlaşdığı müəyyən edilib. Konvoy şəhərə
15 kilometr uzaqlıqda olarkən top və raket zərbələri ilə
vurulub.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp