Salyanda yasa getmək üçün Bakıda maşın oğurladı: Saxlanılanda POLİS GÖRDÜYÜNƏ İNANMADI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Qaradağ rayonu yaxınlığında gecə saatlarında maşın
oğurluğu baş verib.

Publika.az xəbər verir ki, gecə saatlarında
Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması ilə bağlı DİN-in
“102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Şikayət əsasında
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları
araşdırma başladıb. Araşdırma nəticəsində məlum olub ki, Abşeron
rayon sakini Fuad Əliyev Lökbatan qəsəbəsindəki kafelərdən birində
işləyir. Avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək
vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Elə bu zaman ona
məxsus “VAZ-21099” markalı avtomobil gecə saat 3-4 radələrində
Lökbatan qəsəbəsi ərazisindən naməlum şəxs tərəfindən
qaçırılıb.

Daxili işlər orqanaları tərəfindən əməliyyat-axtarış tədbirləri
keçirilib və avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi
ərazisində aşkarlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul
Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən
avtomobil saxlanılıb. Bu vaxt məlum olub ki, avtomobili qaçıran
şəxsin həyat yoldaşı və 5 övladı da maşındadır.

Polis əməkdaşları avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin
əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal
Həsənov olduğunu bildirib. Məlum olub ki, avtomobil sahibinin
kafeyə girməsindən istifadə edən Vüsal Həsənov gecə vaxtı rayona
getmək üçün maşın tapmayıb və maaşını qaçıraraq ailə üzvlərini də
götürüb Salyan rayonuna hüzr yerinə yollanıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi
başlanılıb. Araşdırma aparılır.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp