Rusiyalı jurnalist Azərbaycan xalqından üzr istədi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya Federasiyası vətəndaşı, “Родник” qəzetinin
jurnalisti Svetlana Sarıçeva Xarici İşlər Nazirliyinə məktubla
müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş
ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan
çıxarılmasını xahiş edib.

XİN-dən Publika.az-a verilən məlumata görə,
məktubda Svetlana Sarıçeva 2012-ci ildə Dağlıq Qarabağa səfər
etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə
məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan
Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı
daşımadığını vurğulayıb.

Svetlana Sarıçeva Azərbaycan Respublikasının beynəlxalq
səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və
suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən
səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini
qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Sarıçeva Ermənistan
tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir
halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma
rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, Azərbaycan hökumətinin müvafiq razılığı olmadan,
gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini
vurğulayıb.

S.Sarıçeva gələcəkdə Azərbaycan təbiətinin gözəlliyindən zövq
almaq məqsədilə ailəsilə birlikdə ölkəmizə səfər etməsi üçün icazə
verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının
“arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp