Rusiya səfirliyində 400 kq kokain aşkarlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi
əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan
Bliznyük saxlanılıb.

APA-nın verdiyi xəbərə görə, İ.Bliznyük Rusiyanın Argentinadakı
səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə kanalının
yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir.

Məlumata görə, hər iki ölkəni əhatə etmiş birgə əməliyyat bir
ildən çox davam edib.

“Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın
Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata
görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin
kollecində narkotik vasitələrin aşkarlandığını bildirib. Məlum olub
ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin
sabiq əməkdaşı gətirib.

Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və
Avropaya göndəriləcəyi müəyyən edilib.

İstintaqın nəticəsi olaraq, Rusiyada üç, Argentinada isə iki
nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp