Qvardiolanın təyyarəsində AXTARIŞ
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
İspaniya polisi “Mançester Siti”nin baş məşqçisi Xosep
Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb.
Onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu
axtarıblar.
Belə ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra
ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa
verilib. Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gələn
Qvardiolanın təyyarəsində axtarış isə ispan məşqçini olduqca məyus
edib.
Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və
Puçdemonu dəstəklədiyini bildirmişdi. (apasport.az)