“Qırmızı Kitab”ın əsasnaməsində dəyişiklik edildi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Qırmızı
Kitabı” haqqında əsasnamədə dəyişiklik edib.
Publika.az xəbər verir ki, bu barədə sənədi Baş
nazir Artir Rasi-zadə imzalayıb.
Dəyişikliyə görə, “Azərbaycan Respublikasının “Qırmızı Kitabı”
haqqında Əsasnamə”nin I bölməsinin 4-cü hissəsində “elmi tədqiqat
təşkilatları” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə
əvəz edilib.