“Qarabağ Vyana” yeni stadionuna qovuşdu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Avstriyada fəaliyyət göstərən “Qarabağ Vyana” futbol
klubu yeni stadiona qovuşub. Klubun baş direktoru Ramin Şükürovun
“Report”a verdiyi məlumata görə, klub ev oyunlarını “Rudolf Ton”
arenasında keçirəcək.

Bununla əlaqədar klub rəhbərliyi – vitse-prezident Manfred
Modli, operativ menecer Kristian Tonxofer və R.Şükürov ilə Şvexat
şəhərinin meri Karin Bayer və ştadtratı (İdman İdarəsinin rəisi)
Kristian Habisohn arasında müqavilə bağlanılıb. Klub rəsmiləri bu
anlaşmanı “Qarabağ Vyana” üçün əlamətdar hadisə kimi
dəyərləndirib.

Qeyd edək ki, Rudolf Ton stadionu 24 may 1980-ci ildə tikilib. 7
min tamaşaçı tutumuna malik arenanın inşası 11,7 milyon avroya başa
gəlib. Əsasən, atletika yarışları üçün nəzərdə tutulan stadion
2001-ci ildən Şvexat şəhərinin keçmiş meri Rudolf Tonun adını
daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp