Qərarsız protokol, MMX protokol nə vaxt qüvvəyə minir?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sürücülərin bir çoxu MMX protokolla bağlı suallar
varirlər. Onlardan biri budur: “Qərarsız protokolum var idi. MMX
protokoldan məktub gəlməmişdi. Yolda YPX inspektoru saxlayıb
qərarsız protokolları qərarlı etdi. Onun buna hüququ çatırmı ? MMX
protokol nə zaman qüvvəyə minir?”

Elektron kabinet

İlk olaraq ondan başlayaq ki, bütün mmx və qərarsız
protokollarınız barəsində öz elektron kabinetinizdən xəbərdar ola
bilərsiniz. Asanpay.az və E-Xidmət elektron kabinetləri vasitəsi
ilə mmx protokollarınızın qərarlı olub olmadığını öyrənə
bilərsiniz. Və sizə məktub gəlməzdən öncə könüllü surətdə qərarsız
protokolu icra edib, ödənişi plastik kartla edə bilərsiniz.
Elektron kabinet açılması isə çox asandır. Asanpay elektron
kabinetin açılma qaydalarını isə bu videodan izləyə bilərsiniz.

MMX protokolun qərar verilmə müddəti

Bu məqaləmizdə mmx protokoldan qərar verildikdən sonra, cərimə
gec ödənilərsə sürücülük hüququnun məhdudlaşdırılmasından bəsh
etmişdik. İndi isə qərarsız protokolun inspektor tərəfindən qərarlı
edilməsi və müddətlər haqqında danışacayıq. İlk olaraq müddətlər
haqqında. Qaydalara əsasən siz yol hərəkəti qaydasını pozursunuzsa,
sizi radar qeyd edir və dərhal Mərkəzi Məlumat Xidmətinin (MMX)
elektron sisteminə göndərir. Sistem avtomobilin sahibinin qeydiyat
ünvanı və ya sonuncu etibarnamə verilmiş şəxsin qeydiyat ünvanı
üzrə elektron imzadan istifadə etməklə elektron protokol tərtib
edir. Daha sonra 2 gün ərzində elektron protokol ünvana
göndərilməlidir. Bəs 2 gün keçərsə protokol ləvğ edirmi ? Xeyr.
Qanunda bu təsbit edilməyib. Qanunda ayrı məsələlər nəzərdə
tutulub. MMX protokol xəta baş verdiyi tarixdən etibarən 1 ay
ərzində elktron kabinetə yerləşdirilə bilər. Qərarlı və ya qərarsız
fərq etməz. MMX protokoldan 1 il ərzində qərar verilə bilər. Əgər
sürücü məsuliyətdən boyun qaçırmaq üçün qaçıb gizlənərsə, bu müddət
2 aya qədər artırıla bilər. Müddət ötürülürsə sürücü məsuliyətə
cəlb edilmir.

Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati
məsuliyyətdən azad etmə

38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən
geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük
qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin
fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin
(qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə,
vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan
inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri
üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları
haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin
pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın
törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin
axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı
vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan
iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna
bilməz.

38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş
inzibati xəta haqqında elektron protokol inzibati xətanın
törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin
istifadəçisi üçün internet informasiya resursunda yaradılan
elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə
cəlb oluna bilməz.

Qərarsız protokolun qərarlı edilməsi

Əsas məsələlərdən biri protokolun ünvana çatdırılmasıdır.
İnspektorun yolda saxlayıb qərar verməsi məsələsi bununla bir başa
bağlıdır. Avtomobilin qeydiyatda olduğu ünvanda heç kim yaşamırsa,
sənədi heç kim qəbul edə bilmirsə, məktubu ünvana hər hansı bir
formada çatdırmaq mümükün deyilsə, o zaman avtomobilin saxlanılması
haqqında qərar qəbul edilir. Xatırladım ki, ünvanınıza məktub
gəldikdə və siz onu qəbul etdikdən imtina etdikdə, bu məktubun
qəbul edilməsi kimi hesab ediləcək.Əgər məktubu sizə çatdırmaq
mümkün deyilsə, bu zaman sizin avtomobilin saxlanılması haqqında
qərar qəbul edilir. Bunu avtomobilə həbs vermə və cərimə
meydançasına aparılması ilə səhv salmayın. Yolda inspektor sizi
saxlayıb məktubu ünvanınıza çatdırıla bilmədiyi haqqında məlumat
verir və protokolu sizə təqdim edir. Bu şifahi xəbərdarlıqla deyil,
kağız daşıyıcıda olmalıdır. Amma praktikada DYP inspektoru bunu
şifahi surətdə edir. Bunu nəzərə alın. Əgər şifahi formada edirsə,
bu barədə şikayət edə bilərsiniz. Heç bir inspektor sizə yazılmış
qərarsız protokolu qərarlı etmir. Onun buna səlahiyəti çatmır. O,
yalnız sistemdə sizə məktubun çatdırılması haqqında düzəliş edir.
10 gün ərzində siz bu protokoldan şikayət etməsəniz, sistem sizə
yazılmış protokol üzrə qərarı qüvvəyə mindirəcək. Qərarsız
protokola görə avtomobil cərimə meydançasına gedə bilməz. Avtomobil
cərimə meydançasına ödənilməyən (2 ay ) və faizləri hesablanan
cəriməyə görə gedir. Fazi hesablanması üçün isə qərarın verilməsi
mütləqdir. Qərarsız protokola görə avtomobil cərimə meydançasına
aparıla bilıməz.

97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud
işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün müddətində
bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq
mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin
dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul
edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə
həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər
aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.Ona görə DYP
isnpektoru qərarsız MMX-nı qərarlı etmir. O, sadəcə sizə məlumat
verir. Qərarlı edən sistemin özüdür. Ona görə vaxtında bu
problemlərdən azad olmaq üçün , mütləq özünüzə elektron kabinet
yaradın. (avtostop.tv)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp