“Prezidentin bu sərəncamı çıxışlarımıza verilən dəstəkdir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı
sərəncamı müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki,
vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin
sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür
etmək mümkün deyil”.

Publika.az-ın xəbərinə görə, bu sözləri BAXCP
sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü
iclasında çıxışı zamanı deyib.

Deputat xatırladıb ki, Vəkillər Kollegiyasının yeni inzibati
bina ilə təmin edilməsi haqda bir müddət əvvəl parlamentdə məsələ
qaldırıb:

“Ötən dəfə mən çıxışım zamanı xatırlatdım ki, cənab prezidentin
sərəncamının olmasına baxmayaraq Vəkillər Kollegiyası bina ilə
təmin edilməyib. Ümid edirəm ki, bu sərəncamdan sonra müvafiq
qurumlar Vəkillər Kollegiyasını yeni bina ilə təmin ediləcək.

Hesab edirəm ki, “Vəkillər haqqında” qanun yenidən işlənməli,
ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları
sadələşdirilməlidir. Eləcə də vəkillərin sübutlar toplaması üçün
imkanları prokurorluq orqanları qədər atırılmalıdır.

Fikrimcə, qısa müddətə Azərbaycanda vəkillərin sayını Avropa
standartlarına çatdırmaq lazımdır. Hüquqşünas olduğum üçün bu
məsələyə hər zaman diqqət etmişəm. Hesab edirəm ki, prezidentin
dünən imzaladığı sərəncam həm də bizim çıxışlarımıza verilən
dəstəkdir”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp