“Piyadalarla bağlı cəzalar sərtləşdirilməlidir” – DEPUTAT



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bir çox hallarda piyadaların yol hərəkəti qaydalarını
pozması nəticəsində qəzalar baş verir. Bir neçə gün əvvəl əfv
komissiyasının iclasında tanış olduğumuz ərizələrin əksəriyyəti
piyadalarla bağlı baş verən qəzalarla əlaqədar idi”.

Publika.az xəbər verir ki, bu sözləri millət
vəkili Elmira Axundova “Yol Hərəkəti haqqında” qanun layihəsi ilə
bağlı dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bu hadisələr nəticəsində bəzən iki ailənin məhv
olduğunu xatırladıb:

“Buna görə də piyadaların piyada keçidlərindən istifadəsi ilə
bağlı cəzalar sərtləşdirilməlidir”.

Millət vəkili “Yol hərəkəti haqqında” qanunda sərnişinlər və
avtobus sürücüləri ilə bağlı müddəaların da sərtləşdirilməsinin
vacibliyini bəyan edib:

“Müvafiq qurumların açıqlamaları göstərir ki, sərnişin
avtobusları ilə törədilən qəzalar artıb. Özəl sərnişindaşıma
şirkətinin sürücüləri bəzən sürücülük vəsiqəsi olmadan fəaliyyət
göstərir. Bu zaman yüzlərlə insanın həyatı təhlükəyə atılır. Belə
şəxslərin cəzaları artırılmalıdır. Mətbuatdan tez-tez sərnişinlərin
sürücülərə qarşı kobudluq etməsi halları ilə qarşılaşırıq. Hesab
edirəm ki, avtomobil-nəqliyyat haqqında qanunun 32-ci maddəsində
boşluq aradan qaldırılmalıdır”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp