Pekinin yeni bombardmançısı ABŞ-ı DƏHŞƏTƏ GƏTİRDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çin mütəxəssisləri ən yeni hipersəsli ağır
bombardmançını hazırlayıblar.

Publika.az xəbər verir ki, bu haqda “The Sun”
nəşri yazıb.

Bombardmançı Pekin və Nyu-York arasındakı məsafənin iki saat
ərzində qət edə bilər. O, saatda 6000 kilometrə qədər sürətə
malikdir. Bu isə, səsin sürətindən beş dəfə daha sürətlidir.

Ekspertlər əmindirlər ki, Çin təyyarəni “güllələrdən bombalara
qədər” hər şeylə yükləyə biləcək. Təyyarə Çin Elmlər Akademiyasının
alimləri tərəfindən hazırlanıb.

Amerika KİV-inin informasiyasına baxmayaraq, təyyarədən ilk
növbədə mülki aviasiyada istifadə ediləcəyi bildirilir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp