Onlar Türkiyə ilə döyüşməyə gəlirlər
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Suriyanın şərqində bizimlə çalışan bəzi güclərin
(söhbət PKK/YPG terror təşkilatından gedir –red.) Afrinə getdiyini
görürük”.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert
mətbuat konfransında söyləyib.
“Suriyanın şərq hissəsində İŞİD terror təşkilatına qarşı döyüşən
güclər Afrinə doğru hərəkət edirlər. Afrində baş verənlər diqqəti
İŞİD-ə qarşı mübarizədən yayındırır”, – o deyib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu
Suriyanın Afrin bölgəsində yanvarın 20-dən “Zeytun budağı”
əməliyyatı həyata keçirir. YPG Afrindəki itkiləri Suriyanın digər
bölgələrindəki döyüşçülərin hesabına kompensasiya etmək istəyir.
Artıq YPG-nin Afrinə keçən bir neçə qrupu qeydə alınıb. Onların bir
hissəsi isə Türkiyə Silahlı Qüvvələri tərəfindən aşkarlanaraq məhv
edilib.
Ömər Dağlı