Münhendə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar
Almaniyanın Münxen şəhərində soydaşlarımız etiraz aksiyası
keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən
Publika.az-a bildiriblər ki, Münxen
Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimovun və
sədr müavini Fuad Rzayevin, həmçinin Bavariya Türk Dərnəkləri
Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş aksiyada
Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.

Aksiyada “Xocalıya ədalət!”, “Xocalı soyqırımı insanlığa qarşı
cinayətdir!”, “Biz terrora və soyqırımına yox deyirik!”,
“Ermənistan işğaldan və terrordan əl çək” kimi şüarlar
səsləndirilib, plakatlar qaldırılıb, bayraqlarımız dalğalandırılıb.
Çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın
təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş
etdirməyi, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan
Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər.

Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar
Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir
Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın
təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar.

Aksiyanın sonunda Münxen şəhərinin azərbaycanlı və türk icması
adından beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul
olunub.

Müraciətdə dünya birliyindən Xocalı soyqırımına hüquqi qiymət
verilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün
qəti tədbirlər görülməsi tələb edilib, beynəlxalq ictimaiyyətin baş
verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər
törətməsinə səbəb olacağı ilə bağlı narahatlıq ifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp