Moldova millisinin baş məşqçisi: “Azərbaycan daha güclüdür”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Əvvəlki iki oyunda yaxşı rəqiblərimiz var idi. Cənubi
Koreya və Azərbaycan yığmaları hazırda Moldovadan güclüdürlər.
Lakin biz rəqiblərə fikir vermirik. Öz oyunumuzu formalaşdırmalı,
bir çox dəyişikliklər etməliyik. Son iki yoldaşlıq görüşlərində
oyunumuzdakı bəzi dəyişiklikləri görə bilərdiniz. Biz bu
dəyişikliklərdən razı qaldıq”.

Publika.az xəbər verir ki, bu sözləri Moldova
milli komandasının baş məşqçisi Aleksandr Spiridon Səudiyyə
Ərəbistanı ilə keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində
jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis oyundan-oyuna peşəkarlaşmalarından
danışıb:

“Azərbaycanla matçla Cənubi Koreya ilə görüşə nəzərən daha yaxşı
oynadıq. 3-4 qol imkanımız oldu. Bu gün olsaydı, uşaqlar özlərini
psixoloji cəhətdən daha inamlı hiss edərdilər. Ərəblərə qarşı da
elə oynamaq istəyirik ki, qarşılaşmadan sonra hər birimiz razılıq
ifadə edək və 3 xal üçün əlimizdən gələni etdiyimizi söyləyək”.

Spiridon martda yoldaşlıq görüşü keçirməyə rəqib tapacaqları
halda, bütün legionerlərə istisnasız olaraq, dəvət göndərəcəklərini
də əlavə edib.

Qeyd edək ki, yanvarın 27-də Türkiyənin Antalya bölgəsində
keçirilmiş Azərbaycan – Moldova matçı qolsuz yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp