Komitə qanunsuz dini ayin icra edən şəxslə bağlı məhkəməyə müraciət etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti
əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət
qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması
məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində
yerləşən “İmam Zeynalabdin” adı ilə fəaliyyət göstərən qeyri-qanuni
ibadət yerinə baxış keçirilib.

Dövlət Komitəsindən Publika.az-a verilən
məlumata görə, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin
icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkar
edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin
icra edən Əhmədov Fərhad Naid oğlu barəsində DQİDK-nın əməkdaşları
tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib
edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp