Hüquq fakültəsində yeni ixtisaslaşmalar yaradıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakı Dövlət Universiteti hüquq fakültəsinin magistratura
səviyyəsinə yeni ixtisaslaşmalar yaradılıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən
Publika.aza verilən məlumata görə, bunlar əqli
mülkiyyət hüququ, tibbi hüquq, əmək və sosial təminat hüququ,
inzbati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman
hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.

Qeyd edək ki, hüquq fakültəsinin magistratura səviyyəsində
tədris Azərbaycan, rus, ingilis və alman dillərində aparılır.
İndiyədək 11 ixtisaslaşma üzrə kadr hazırlığı aparılan fakültədə
yeni tədris ilindən qəbul 17 ixtisaslaşma üzrə aparılacaq.

Yeni ixtisaslaşmalar barədə Nazirlər Kabineti 19 fevral 2018-ci
il tarixli qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp