“Dedim ki, Taleh Bağırovu evdən qov…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində
baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər – Əbülfəz
Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş
tutan prosesdə Əbülfəz Bünyatov ifadə verib.

O, ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Müsəlman
Birliyi Hərəkatına Taleh Bağırov rəhbərlik edib: “Birliyin idarə
heyətində təmsil olunmuşam. Məqsədimiz bir olub. Taleh Bağırovla
dostluğumuz illər öncədən başlayıb. Bizdə radikallıq, terrorçuluq
fikirləri olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə baş verən günü
Taleh Bağırov qonağı olub: “Həyətimizdə 29-30 nəfər adam vardı,
namaza gəlmişdilər. Taleh Bağırovla ailəvi dostluq etmişik, 5-10
gün idi bizdə qalırdı. Gündüzlər evdə namaza toplaşır, axşamlar
məscidə gedirdik”.

Əbülfəz Bünyatov bildirib ki, evindən silah tapılması barədə
yazılanlar böhtandır. Onun sözlərinə görə, hadisə günü həyətə
polislər gəlib: “Bu zaman qarşıdurma yarandı. İçəri girənlər üzü
maskalı idi”.

Təqsirləndirilən şəxs bildirib ki, yerli sakinlərdə silah-sursat
olmayıb, hadisə zamanı qumbara partlamayıb, polislərin harada
ölməsi barədə dəqiq məlumatı yoxdur. Qeyd edib ki, əvvəllər
jurnalistika ilə məşğul olub. O, dövlət əleyhinə çağırışlar
etmədiklərini deyib.

Əbülfəz Bünyatovun sözlərinə görə, hadisə zamanı aldığı güllə
yarasından iflic olub. Sonradan baş verənləri xatırlamır. Ayılanda
özünü Daxili İşlər Nazirliyinin hospitalında olduğunu görüb: “İki
ay orada qalmışam, polis nəzarəti altında saxlanmışam”.

Daha sonra şahid qismində Sərdar Bünyatov ifadə verib. O,
təqsirləndirilən Əbülfəz Bünyatovun əmisi oğludur. Şahid bildirib
ki, hadisələr zamanı iki qardaşı rəhmətə gedib.

Sərdar Bünyatov istintaqa verdiyi ifadəsində Əbülfəzdən Taleh
Bağırovdan ayrılmağı, ondan xeyr gəlməyəcəyini bildirib, onu evdən
qovmasını istəyib: “Əmimə də deyirdim ki, Talehi evdən qovsun. Amma
o, Talehin Əbülfəzin qonağı olduğunu, evdən qova bilməyəcəyini
söylədi”.

Şahid daha sonra qeyd edib ki, Taleh Bağırovun hərəkatında olub,
hər ay 1 manat üzvlük haqqı ödəyib: “Sonra birliyin mövqeyi ilə
razılaşmadım, ayrıldım”.

Saleh Bünyatov istintaqa verdiyi ifadəsini təsdiqləməyib.
Növbəti proses martın 1-də davam edəcək.

İttihama görə, Elxan İsgənədovun barəsində həbs qətimkan tədbiri
Nardaran hadisələrindən sonra seçilib.
Digər təqsirləndirilən Əbülfəz Bünyatov iflic olub. Bu səbəbdən
onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp