Bunu edənlər əfvə düşür – Siyavuş Novruzov



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Prezident İlham Əliyevin vəkillər, cəza siyasətinin
hümanistləşdirilməsi ilə bağlı fərmanı ictimaiyyət tərəfindən
müsbət qarşılandı”.

Publika.az-ın xəbər verir ki, bunu Milli
Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat xatırladıb ki, nümayəndəlik institutu ləğv edilən zaman
çoxları narahat idi: “Biz gördük ki, cənab prezident insanların
hüquqları ilə bağlı problemləri həll etdi. Bu çox müsbət
addımdır.

Qeyd edim ki, prezidentin təkcə fevralda imzaladığı fərmanla
1500 nəfərin cəzası yüngülləşdirilir və cəzasının çəkmədiyi
hissədən azad edilməsi prosesinə başlanılır. Bu, özü əslində
əfvdir”.

S.Novruzov qeyd edib ki, son illər ölkədə çoxlu sayda əfv və
Amnistiya aktı qəbul edilib və bunun nəticəsində kifayət qədər
insan azadlığa buraxılıb.

Bizim keçmiş həmkarımız, I vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsü ilə Amnistiya aktı qəbul edilib.

Deputat bununla yanaşı deyib ki, bəzi media orqanları bütün bu
tədbirləri tamam başqa cür işıqlandırmağa çalışır:

“YAP-ın mövqeyi belədir ki, 1993-cü ildən bu yana ölkədə siyasi
fəaliyyətinə görə heç kəs həbs edilməyib. Hər bir kəs üzvü olduğu
partiyadan asılı olmayaraq törətdiyi cinayətə görə məsuliyyətə cəlb
olunub.

Bəzən görürsünüz ki, mənim adımdan müxtəlif səpkili başlıqlar
verilir. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus
yoxdur. Törətdiyi cinayətə görə həbs edilən şəxslər var. Bu
şəxslərdən də kimsə səhvindən və törətdiyi cinayət əməlindən peşman
olursa əfvə düşür. Azərbaycan hüququ dövlətdir və burada qanunun
aliliyi hər şeydən üstündür”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp