Bu marşrut avtobuslarının hərəkət xətti dəyişdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda 16 müntəzəm marşrut xəttinin hərəkət sxemində
müvəqqəti olaraq dəyişiklik edilib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat
Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Xətai rayonu Məhəmməd Hadi küçəsinin
Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan
hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60,
70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə
avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Fevralın
24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem
üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir
işlərinin aparılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir