Beyləqanda ZƏNCİRVARİ QƏZA: 2 ölü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər
ölüb.
Publika.az FHN-nin saytına istinadən xəbər
verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan
rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və “BMW” markalı
minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin
müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü
Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü
İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış
“VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil
veriblər. Əməliyyat başa çatıb.