Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara
verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam
imzalayıb.

Sərəncamda qeyd olunur ki, beşdən çox uşağı olan qadınların
sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq
məqsədilə “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin
müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 27
dekabr tarixli 72 nömrəli fərmanı ilə müəyyən edilmiş müavinətin
məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir
ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama
uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan
Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını
nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində
Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn
digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama
uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat
verəcək.

Qeyd edək ki, Azərbaycanda beşdən çox uşağı olan qadınlara
müavinətin məbləği hər uşaq üçün 30 manat müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp