Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 22-də Xocalı soyqırımının 26-cı ildönümü ilə
əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət
göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda
təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının
perspektivləri” mövzusunda altıncı simpozium
keçirilib.

Azərbaycanın AFR-dəki səfirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, simpozium
səfirliyinin, Alman-Azərbaycan Forumunun və Alman-Atlantik
Cəmiyyətinin birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya
nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Tədbir iştirakçılarını salamlayan Alman-Azərbaycan Forumunun
sədri Hanns-Eberhard Şleyer tədbirin 26 il öncə baş vermiş
Xocalışəhəri və onun ətrafında azərbaycanlı əhaliyə qarşı
törədilmiş qətliamın qurbanlarına həsr edildiyini bildirib. Şleyer
öz çıxışı çərçivəsində həm də Almaniya-Azərbaycan münasibətlərinin
aktual durumuna nəzər salmış və carı ilin fevralında Alman
iqtisadiyyatının Şərq komitəsinin xətti ilə alman iş adamlarının
Azərbaycana baş tutmuş səfərini simpozium iştirakçılarının
diqqətinə çatdırıb.

Səfir Ramin Həsənov çıxışında Ermənistanın Azərbaycana qarşı
törətdiyi hərbi təcavüz və Xocalı soyqırımının mahiyyəti, həmçinin
bu münaqişənin mümkün həlli yolları haqda simpozium iştirakçılarını
məlumatlandırıb. Səfir ölkəmizin həyata keçirdiyi regional və
qlobal əhəmiyyəti layihələr nəticəsində regional gücə çevrildiyini,
məhz bu layihələrin regional inkişafa və stabilliyə böyük töhfə
verdiyini, lakin Ermənistanın həyata keçirdiyi işğalçı siyasətin
regionuna inkişafına böyük maneə olduğunu vurğulayıb. Ramin Həsənov
həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə
inkişaf etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli məqsədi ilə Almaniyanın daha aktiv olacağına
ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və
Mərkəzi Asiya üzrə müvəkkili, Səfir Andreas Peşke öz çıxışında
Xocalıfaciəsinin insanların yaddaşında dərin izlər buraxdığını, bu
faciənin münaqişə dövründə baş vermiş ən ağrılı hadisə olduğunu,
regional əməkdaşlığın Qafqaz regionunda sülh və əmin-amanlığın
bərpa olunması üçün mühüm rol oynadığını, bunun üçün münaqişə
tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasının vacib
olduğunu vurğulayıb. Peşke həmçinin Almaniya-Azərbaycan
münasibətlərinin bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf
etdiyini, siyasi, iqtisadi, mədəni, elm və təhsil sahələrində
ölkələrarası əməkdaşlığın dinamik inkişaf etdiyini, 2017-ci ilin
dekabr ayında Bakıda Goethe-İnsitutunun təntənəli açılışının
olduğunu bildirib. Peşke Azərbaycanın həyata keçirdiyi uğurlu
layihələr nəticəsində regionun nəqliyyat dəhlizinə çevrildiyini
demiş, ölkəmizi regionda Almaniyanın ən mühüm tərəfdaşı
adlandırıb.

Daha sonra tədbir panellər çərçivəsində təşkil edilən
müzakirələr formasında davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp