Bakıda qonşular arasında KÜTLƏVİ DAVA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakının Binəqədi rayonunda 20 nəfər arasında kütləvi
dava baş verib.

“Report”un xəbərinə görə, hadisəyə Xocaəsən qəsəbəsindəki
yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəb
olub.

Davada xəsarət alan şəxslər “Report”a qonşuları tərəfindən
döyüldüklərini bildiriblər.

Onların dediklərinə görə, fərdi yaşayış evində kirayə qalan 25
yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını ailəvi
öz evinə qonaq çağırıb. Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı
kişi S.Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su
buraxır və nəticədə həmin su onların həyətinə axır. S.Səfərov
problemi həll edəcəyinə söz versə də, qonşusunun kobud davranışı
ilə üzləşib. Daha sonra adı hazırda məlum olmayan həmin yaşlı şəxs
ətrafına təqribən 15-20 nəfər yığaraq S.Səfərovun yaşadığı evə
gəlib və tərəflər arasında dava düşüb. Kütləvi dava zamanı evdə
qonaq olan Türkiyə vətəndaşı Səlçuk Yoldəmir, 6 aylıq hamilə olan
Sevinc Yoldəmir və S.Səfərov döyülərək müxtəlif bədən xəsarətləri
alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Zərərçəkənlərdən Türkiyə vətəndaşı S.Yoldəmir hadisə ilə bağlı
mənsub olduğu ölkənin səfirliyinə məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin
əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri
saxlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp