Bakıda İran Kinosu Günlərinin açılış mərasimi keçirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda İran Kinosu Günlərinin açılış mərasimi
keçirilib.

Publika.az xəbər verir ki, festival Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam
Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi
tərəfindən təşkil olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İran İslam
Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri
Abuzər İbrahimi Türkaman və bir sıra ictimai xadimlər iştirak
ediblər.

Ə.Qarayev bildirib ki, artıq bu cür tədbirlərin keçirilməsi
ənənəyə çevrilib: “Hər il Azərbaycanla İran arasında bu cür mədəni
mübadilələr təşkil olunacaq. Hesab edirəm ki, Azərbaycan tamaşaçısı
üçün İran kino sənayesinin ərsəyə gətirdiyi filmlərin baxışları çox
maraqla keçəcək. İran və Azərbaycan arasında kino çəkilişində birgə
proqramlar həyata keçirilir”.

Mərasimdə rejissor İbrahim Hatimikiyanın “Cangüdən” bədii filmi
tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, İran Kino Günləri çərçivəsində fevralın 24-də
Kamal Təbrizinin “Xəyalın şirin tamı”, fevralın 25-də Əbdülhəsən
Davudinin “Divanə top”, fevralın 27-də isə Kiyaməs Purəhmədin
“Ayaqqabım hanı?” bədii filmləri nümayiş olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp