“Bəzən bir sinifə 40 şagird yerləşdiririk”- Təhsil İdarəsi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Regionlardan Bakıya axın səbəbindən şagirdlərin
məktəblərə yerləşdirilməsində ciddi problemlər
yaranır.
Publika.az xəbər verir ki, bu barədə Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva
jurnalistlərə açıqlamasında danışıb. O bildirib ki, Bakıda
fəaliyyət göstərən 317 məktəbdən yalnız 31 məktəbdə ərazi prinsipi
gözlənilib:
“Bütün valideynlər çalışır ki, uşaqlarını yaşadığı, işlədiyi
ərazilərə yaxın olan məktəblərə yerləşdirsinlər. Bu isə hər zaman
mümkün olmur. Məktəblərdə boş yerlər qalmadığı təqdirdə, şagirdlər
digər ərzailərdəki məktəblərə yerləşdirilir”.
Məhəbbət Vəliyeva deyib ki, bunların səbəbi əhalinin sürətlə
regionlardan paytaxta axın etməsidir:
“Şagirdlərin məktəblərdə yerləşdirilməsində çətinlik yaşayırıq.
Təsəvvür edin, biz bir sinifə 40 şagird yerləşdirilmək
məcburiyyətində qalırıq. Bəzən bizə sual verirlər ki, 1 sinifdə bu
qədər şagird çox deyilmi? Amma, başqa çıxış yolu yoxdur. Bizim bu
şagirdləri məktəbə qəbul etməmək ixtiyarımız yoxdur”.
Könül