Azərbaycanla Türkiyə arasında saziş təsdiqləndi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Milli Məclisin bu gün keçirilən plenar iclasında
“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi
sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqa qanun
layihəsi müzakirə olunub.

Publika.az-ın xəbərinə görə, layihə haqqında
birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. O bildirib ki,
bu sazişin nə dərəcədə əhəmiyyətli olduğunu hər kəs bilir. Odur ki,
bu haqda geniş danışmağa ehtiyac yoxdur.

Vitse-spikerin çıxışından sonra qanun layihəsi dəstəklənib.

Qeyd edək ki, sazişin məqsədi tərəflər arasında müdafiə
təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı,
tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki
təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin
müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirirək müdafiə
sənayesi sahəsində əməkdaşlığı həyata keçirməkdir.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp