“Ay səthinə ilk kommersiya tipli özüyeriyən kosmik aparat göndəriləcək”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“NASA-nın yaxın gələcək üçün əsas məqsədləri Yerətrafı
orbitdə işlərin davam etdirilməsi, Aya, Marsa və Günəş sisteminin
uzaq planetlərinə uçuşların planlaşdırılmasından
ibarətdir”.

Publika.az xəbər verir ki, bu barədə mətbuata
NASA-nın direktoru Robert Laytfut məlumat verib. ABŞ Kosmik
Şurasının iclasında çıxış edən direktor qeyd edib ki, Ayın tədqiqi
proqramının həyata keçirilməsi zamanı ABŞ qarşısına Ay ətrafında və
onun səthində uzunmüddətli qalmanın təmin edilməsini məqsəd
qoyur:

“Bizim hesablamalarımıza görə, Aya ilk uçuşumuz 2020-ci ildə
gerçəkləşdiriləcək. Biz Ay səthinə və əks istiqamətdə uçuşlar
həyata keçirmək məqsədilə Ay orbital platformasını yaratmaq
niyyətindəyik. Bundan sonra biz Marsın tədqiqinə də başlaya
biləcəyik”.

R.Laytfut vurğulayıb ki, NASA-nın 2020-ci ildə Ay səthində ilk
kommersiya kosmik özüyeriyən aparatını göndərməsi eyni zamanda,
ABŞ-ın Yer peykində milli strateji iştirakını təmin edəcək:

“ABŞ Mars və digər Günəş sistemi planetlərinin tədqiqi sahəsində
lider mövqeyini qorumaqda maraqlıdır. 2020-ci ildə Marsa özüyeriyən
aparatın göndəriməsi isə Mars səthindən torpaq nümunəsinin mümkün
çatdırılmasının yoxlanışında ilk addım olacaq. Bu proqramın
gerçəkləşdirilməsi özündən sonrakı gələcək tədqiqatlar üçün geniş
imkanlar yaradacaq”.

Çıxışının sonunda Yerətrafı məkandan istifadə perspektivlərinə
toxunan R.Laytfut deyib ki, özəl sektor 2025-ci ilədək NASA-nın
dəstəyi ilə Yerətrafı orbitdə əməliyyatların həyata keçirilməsi
üçün imkanlar əldə edəcək. O, 2018-ci ildən etibarən Beynəlxalq
Orbital Stansiyadan istifadə ilə bağlı məsələlərdə digər ölkələrlə
əməkdaşlıqlar haqqında, yeni texnologiyaların Yerətrafı orbitdə
istifadə imkanlarını nümayiş etdirilməsi haqqında dövlət-özəl
tərəfdaşlıqlar arasında müzakirələrin aparıldığını da diqqətə
çatdırıb.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp