Avropa Liqasında QAN TÖKÜLDÜ – Polis öldürüldü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Avropa Liqasının 1/16 final mərhələsində “Atletik”
(İspaniya) – “Spartak” (Rusiya) oyunu ərəfəsində fanatlar arasında
insident yaşanıb.
Publika.az xəbər verir ki, qonaq komandanın
azarkeşləri asayişi pozaraq polislərə müqavimət göstərib.
Qarşıdurma zamanı yerli polis əməkdaşı aldığı xəsarətlərdən
xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə əlaqədar 5 rusiyalı azarkeş saxlanılıb.
Pərviz