“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil
İnternet Provayderi Bakcell, özünün “AppLab” inkişaf və inkubasiya
proqramının məzunlarını və yeni iştirakçılarını bir araya
gətirdi.

Keçən mövsümdə “AppLab”da iştirak etmiş layihələrin uğurlarını
qeyd etmək və proqrama yeni seçilmiş komandaları salamlamaq üçün
təşkil olunan tədbirdə “Blutu”, “ARzoom”, “Buket.al”, “Garden”,
“Mango”, “CineManiac” və “MoodMusic” layihələrinin müəllifləri
ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində
“AppLab”ın mühüm rolu haqqında danışıblar.

Proqrama yeni qəbul olunan komandalar isə (“Run2Help”, “Way To
Future”, “Vavelya”, “Tusi” və “MadebyAz” layihələri) öz ideyalarını
təqdim edib və bu fürsətə görə Bakcell şirkətinə öz təşəkkürlərini
bildiriblər.

“Bakcell şirkəti olaraq biz Azərbaycanın gənc developerlərinin
böyük potensiala malik olduqlarından əminik və inanırıq ki, bu
gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq
səviyyədə belə rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə
bilər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin
nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta ideyaların
həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Gördüyünüz kimi, zəhmətimiz öz bəhrəsini verir və biz “AppLab”
iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur
duyuruq!” deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers
bildirib.

“AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində
təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı
üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf
etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son
avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri
müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul
olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün
“Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə
Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin
bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən
cihazlara yüklənə bilər.

Bakcell yerli gənc istedadların öz startap layihələrini həyata
keçirə bilməsinə kömək edir və beləliklə də Azərbaycan gənclərinin
parlaq gələcəyinə öz töhfəsini verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp