ABŞ Suriya silahlı qüvvələrinə zərbə endirə bilər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli Çikaqo
Universitetinin Siyasət İnstitutunda çıxışı zamanı bildirib ki,
Vaşinqton Suriya silahlı qüvvələrinə zərbə vurmağı istisna
etmir.

Publika.az xəbər verir ki, diplomat qeyd edib
ki, ABŞ zərbə endirmək hüququnu özündə saxlayır, lakin belə
vəziyyətlərdən qaçmağa çalışır.

Heyli deyib ki, “istənilən vəziyyətdə hərbi həll yolu nəzərdən
keçirilir. Onun sözlərinə görə, Vaşinqton Suriya münaqişəsinin
mərkəzində olmaq istəmir, lakin kimyəvi silah hücumuna məruz qalan
suriyalılara kömək etmək lazımdır.

Heyli əlavə edib ki, Rusiya Suriya prezidenti Bəşər Əsədin
rejimini müdafiə edir, ona görə ABŞ Rusiyaya təzyiqləri davam
etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp