ABŞ Konqres üzvündən 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı BƏYANAT



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres
üzvü Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə
bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş
insanların xatirəsini yad edib.

Publika.az xəbər verir ki, ABŞ Konqres üzvü
Peyn bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən
Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet hökumətinin 1990-cı ilin
20 yanvar tarixində qoşun yeridərək çoxsaylı insanın həyatına son
qoyduğunu vurğulayıb.

Konqres üzvü həmçinin Xocalıda həlak olmuş insanların xatirəsini
yad edərək keçmiş Sovet respublikalarında baş vermiş müharibələrdə
həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu
qeyd edib.

Konqres üzvü sonda planetimizdə azadlıq uğrunda müharibələrdə
həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad
edilməli olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp