“ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daim sadiq olub”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri
bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda
həlinə çalışırıq”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Həmsədrlərin fəallaşmasından danışan səfir bildirib ki, ABŞ daim
məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına
çalışır: “ABŞ nizamlanma prosesinə daim sadiq olub. Dağlıq Qarabağ
münaqişəsi nəticəsində hələ də insanlar həyatını itirir. Bu
münaqişənin tez bir zamanda həlli vacibdir”. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp