“97 evi köçürmək xırda bir məsələ deyil axı…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bayıl yamacındakı sürüşmə zonasından 97 ailə köçürülüb,
4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq. Bu 2 evin artıq yarısı
uçub”.

Bunu baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov deyib ki, Nazirlər Kabinetinin ilk qərarı sakinlərin
bu təhlükəli ərazidən çıxarılması olub: “Nazirlər Kabinetinin
Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrılıb. Nazirlər
Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4
evdə 25 nəfər insan yaşayırdı”.

Nazirlər Kabinetinin Bayıl yamacındakı sürüşmə zonasındakı
evlərlə bağlı yekun qərarına gəlincə, A. Şərifov qeyd edib ki,
hələlik layihə işləri gedir: “Görək sürüşmə prosesi dayanacaqmı,
sürüşmə prosesinin qarşısı necə alına bilər? Hələlik bir dəyişiklik
yoxdur. Amma sürüşmə də yavaş-yavaş davam edir. Hələlik başqa heç
nə demək mümkün deyil. Sürüşmə zonasındakı evlər də mühafizə
olunur. İndidən 97 evin hamısının sökülüb-sökülməyəcəyi, sakinlərin
hamısının köçürülüb-köçürülməyəcəyi ilə bağlı heç nə demək olmaz.
Həm də 97 evi köçürmək xırda bir məsələ deyil axı…” (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp