“1500 insan əfvlə azadlığa qovuşacaq”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dekabrın 1-dən bu günə qədər 4 min insan cəzasının
yüngülləşdirilməsi məqsədilə müvafiq qurumlara müraciət
edib.

Publika.az xəbər verir ki, bu fikirləri Milli
Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli deyib. O bildirib ki, penitensiar sahədə fəaliyyətin
təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və
cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və
prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi
barədə Prezidentin sərəncamından sonra Milli Məclis sədrinin
tapşırığı ilə araşdırma aparılıb.

Komitə sədri deyib ki, bu müraciət əsasında 479 məhkum həbsdən
azad edilib:

“585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad
edilib, 59 nəfərin cəza çəkmə rejimi yüngülləşdirilib. Hazırda 1700
təqdimat mövcuddur və 5 mindən çox məhkumun müraciətinin qeydiyyata
alınması nəzərdə tutulur. Qanunun icrasından sonra 1500-ə yaxın
şəxsin azadlığa buraxılması və minlərlə şəxsin cəzasının
yüngülləşdirilməsi gözlənilir. Bu, faktiki olaraq amnistiyaya
bərabər qanundur”.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, yaxın
günlərdə Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı
imzalanacaq:

“Bu yaxınlarda Azərbaycanda böyük sayda insanların əfv edilməsi
gözlənilir. Doğrudur, bu, cənab prezident İlham Əliyevin
səlahiyyətlərinə aid olan məsələdir. Əminik ki, bu, əfv sərəncamı
imzalanacaq”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp