Ərdoğan ABŞ-a MEYDAN OXUDU: “Bu yaz…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bu yaz həm terror təşkilatları, həm də onları
dəstəkləyənlər üçün çox isti keçəcək. Əvvəl Münbiçi təmizləyəcəyik,
sonra da “Fərat Qalxanı” bölgəsini təhlükəsiz vəziyyətə gətirənə
kimi yolumuza davam edəcəyik. Biz bu yola baş qoyduq, bu yolda
başını qurban verməyə hazır olanlar varsa, “meydana gəlin”
deyirik”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və
İnkişaf Partiyasının (AKP) vilayət liderləri ilə görüşündə
deyib.

Bu səhər etibarilə Suriyanın Afrin bölgəsində 1873 terrorçunun
məhv edildiyini və 415 kvadrat kilometrə yaxın ərazinin PYD terror
təşkilatından təmizləndiyini deyən prezident Türkiyə Silahlı
Qüvvələri və Azad Suriya Ordusunun addım-addım Afrinə doğru
irəlilədiyini bildirib.

“Bölgədəki əsas strateji təpələr böyük ölçüdə terrorçulardan
təmizlənib. Əməliyyatın bundan sonrakı hissəsinin daha sürətlə
davam edəcəyini gözləyirik. Afrinin şəhər mərkəzi tezliklə
mühasirəyə alındıqdan və terrorçuların ətrafla təması kəsildikdən
sonra yeni bir strategiya ilə hərəkat edəcəyik”, – Ərdoğan
söyləyib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp