Əkrəm Əylislini, Xədicə İsmayılovanı, Ziqmar Qabrieli və Şultsu bu kitab birləşdirir…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu yaxınlarda Almaniyanın nüfuzlu “C.H.Beck Verlag”
nəşriyyatında əslən iranlı Navid Kermaninin müəllifi olduğu kitab
işıq üzü görüb. Kitab “Şərqi Avropadan İsfahanadək səngərlər
boyunca səyahət” adlanır. Musavat.com xəbər verir ki, müəllif
Azərbaycanın müvafiq qurumlarının icazəsi olmadan işğal edilmiş
ərazilərimizə səfər edib və üstəlik, öz təəssüratlarını qərəzli bir
şəkildə qələmə alıb.

Qeyd edək ki, əslində “İsfahandan Bonnadək irqçi
qeydlər” adına daha çox uyğun olan bu kitab “Spiegel” mətbuat
konserninin sifarişi ilə yazılıb. Maraqlıdır ki, kitabın ilk böyük
təqdimatı 2018-ci il yanvarın 27-də Hamburqda Almaniyanın xarici
işlər naziri Ziqmar Qabrielin (?!) iştirakı ilə
keçirilib.

Girişdəki məlumata əsasən, kitabın yazılmasında hədəf Şərqi
Avropadakı etnik münaqişələr və müharibələrin adıçəkilən region
ölkələrinin ictimai-siyasi həyatına, əhalisinə təsirinin
ədəbi-bədii şəkildə təsvir eləmək olub. Kermani bu məqsədlə region
ölkələrinə, o cümlədən Azərbaycana, Ermənistana və ölkəmizin işğal
olunmuş ərazilərinə səfər edib və səyahət zamanı rastlaşdığı
hallar, mənzərə və insanlar haqqında təəssüratlarını qələmə alıb.
Lakin müəllif kitabda yalnız neytral təsvirlə kifayətlənməyib,
özünün subyektiv və qərəzli baxışlarına da geniş yer verib.

shults-2.jpg (1.20 MB)

Kermaninin qərəzli yanaşması özünü Azərbaycan və Ermənistana
dair hissələrində qabarıq şəkildə büruzə verir. O, ölkəmiz də daxil
olmaqla, bütün Qafqazın “tarixən İrana məxsusluğu, onun xalqlarının
hələ də fars ədəbiyyatı və mədəniyyətinin təsiri altında qaldığı,
hətta Səfəvilər dövlətinin fars dövləti olduğunu” iddia edib.
Kitabda diqqəti cəlb edən əsas məqamlardan biri də müəllifin
erməniləri müsbət, azərbaycanlıları isə mənfi obrazda təqdim
etməsidir. Belə ki, Ermənistan və ermənilər “qədim mədəniyyətin
daşıyıcısı”, “qədim xristian sivilizasiyasının beşiyi”, “türklərin
soyqırımından hələ də qurtula bilməyən zavallı və köməksiz
insanlar”, Azərbaycan və azərbaycanlılar isə “Ermənistana qarşı
müharibə aparan, ”zavallı erməni xalqının qanına susamış icma” kimi
təqdim edilir.

Kermani Azərbaycan və Ermənistana səfəri zamanı hər iki
ölkənin paytaxtını və bölgələrini (Tərtər və Göygöl rayonları)
alman oxucularına ədəbi-bədii şəkildə təsvir etməyə çalışaraq,
burada da özünəməxsus qərəzliyə yol verib, Bakını “bayağı və
ziddiyyətlərlə dolu”, Azərbaycanın regionlarını “sivilizasiyadan və
inkişafdan kənar”, Ermənistanı və İrəvanı isə “Avropaya aid
sivilizasiya”, “xoş əhval-ruhiyyə doğuran şəhər” kimi təqdim
edir.

Müəllifin Azərbaycanda olduğu müddətdə seçdiyi müsahiblər də
maraqlıdır – əməkdar rəssam, Almaniyada fərdi sərgisi keçirilmiş
Şəbinə Şıxlinskaya, müxalif blogger və jurnalist Xədicə İsmayılova
və bir də yazıçı Əkrəm Əylisli. Sonuncu iki şəxsin vətəndaşı
sayıldıqları dövlət, onun tarixi və xalqı haqqında hansı “yüksək
fikir”də olduğunu yəqin ki, xatırlatmağa lüzum yoxdur. Təsadüfi
deyil ki, Kermani Əylislinin müəllifi olduğu “Daş yuxular” romanına
istinadən azərbaycanlıları və türkləri barbarlıqda ittiham
edir.

Bu harasıdır, iranlı müəllif öz subyektiv mülahizələrində
qərəzin daha yuxarı həddinə qalxaraq, işğal altındakı Azərbaycan
torpaqlarını oxuculara “Dağlıq Qarabağ Respublikası” kimi təqdim
edib. O, erməni din xadiminə istinadən “Qarabağ xalqının
Azərbaycanın əsarətindən müharibə yolu ilə azad olduğunu”,
“Qarabağın xristian erməni xalqına mənsubluğunu”, buranın digər
yerli əhalisi olan “kürdlərin” də Azərbaycanın “istilası altında”
inildədiyini, “insanlıqdan kənar türklərlə (azərbaycanlılarla)
birlikdə yaşamağın qeyri-mümkünlüyünü”, ümumiyyətlə, Azərbaycan
adında ölkənin mövcud olmadığını” sübut eləməyə çalışıb.

Daş yuxular ile ilgili görsel sonucu

Bu fikirlər yəqin ki, tanış gəlir. Düz 30 ildir erməni təbliğat
maşını bu yalanları tirajlayır. Görünür, Kermani özünün əsl
soykökünə sadiq qalaraq və əcdadlarının vətəninə yardım əlini
uzatmaq üçün sovet lətiflərinin ünvanı olan “Erməni radiosu”nun
yalan rekordunu kitab halına salıb bu yolla Avropa auditoriyasını
çatdırmaq vəzifəsini icra edir.

Valideynlərinin də hər ikisi iranlı (fars) olan N. Kermani
1967-ci ildə Almaniyada doğulub. Atası Almaniyaya 1959-cu ildə
gələn ilk mühacirlərdən olub. Həm Almaniya, həm də İran
vətəndaşlığı var. Doğulduğu Zigen şəhəri protestant ənənələrinin
güclü olduğu yer kimi tanınır. Protestant məktəbində təhsil alıb.
Həkim atası isə Zigendəki Müqəddəs Məryəm katolik hospitalının
həkimi olub. Fars əsilli K. Əmirpurla evlidir, iki qızı var.
Şərqşünaslıq və fəlsəfə təhsili alıb, azad publisist və
jurnalistdir, Almaniyanın ədəbi-bədii dairələrində özünün çoxsaylı
kitabları ilə tanınır. 1996-cı ildən “Frankfurter Allgemeine
Zeitung”un işçisi olub. 1998-ci ildə Bonnda şərqşünaslıq sahəsində
doktorluq işini müdafiə edib. 2007-ci ildən Alman dili və Poeziyası
Akademiyasının üzvüdür. 2010-cu ildə Hessen yaşılları tərəfindən
federal parlamentə üzvlüyə namizəd göstərilmişdi.

Biblioqrafiyasına aid məlumatlarda onun oriyentalist olması
xüsusi qabardılır. Görünür, biz də onu regionşünas-şərqşünas kimi
deyil, məhz oriyentalist kimi qəbul etməyə məcburuq. “Eduard Səidin
”Oriyentalizm” əsərinin işıq üzü gördüyü 1976-cı ildən bəri
“oriyentalist” termini Qərb müstəmləkəçiliyinin Şərqə qarşı alət
kimi istifadə etdiyi müstəmləkə mütəxəssisləri barədə işlədilir.
Oriyentalist baxış dedikdə ikiüzlü, ikili standartlardan çıxış
etmək, bu və ya digər Şərq xalqı haqda bəhs edərkən aşağılayıcı
leksikona üstünlük vermək başa düşülür.

E.Səidin fikrincə, “Orientalizm tamamilə siyasi bir
doktrinadır”. Zaman ərzində Qərbin Şərq barədəki düşüncələri
dəyişməyib, sadəcə, yeni forma alıb. Onun sözlərinə görə, “Oriyent
(Məşriq-Şərq) barədəki Qərb fikirləri zamanla dəyişsə də, xarakter
etibarilə sabit qalır”. Oriyentalizm Qərbin “yaratdığı Şərqdir”,
reallığı əks etdirmir.

Ərəblər, türklər və azərbaycanlılar haqqında yazdıqları göstərir
ki, Kermani XlX əsrin klassik oriyentalistikasının əsl
mücəssəməsidir – qərəzli, avrosentrik, rasist, türkofob, “xristian
dəyərlərinin aliliyi”nin təbliğatçısı… Ərəb və türk ölkələrinə
münasibətdə işğalçılığa haqq qazandıran Kermani 2005-ci ildə İran
ətrafında çevrə sıxlaşanda savaşın əleyhinə fəal çıxışlar edirdi.
Halbuki, o, Səddam rejimini qəddarlıqda suçlayaraq İraqın işğalını
alqışlayırdı, İranda islahatlara lüzum olmadığını əsaslandırmağa
çalışırdı.

2009-cu ildə tanınmış türk alimi Fuad Sezgin İsrailin işğalçılıq
siyasətinə etiraz əlaməti olaraq Solomon Korn mükafatından imtina
etdikdən sonra bu mükafat da Kermaniyə verilmişdi. Amma 2 ay sonra
mükafat geri alınmışdı. Səbəbəsə onun çarmıx mövzusunu sərbəst
işləmiş zelandiyalı rəssamı tənqid etməsi olmuşdu.

Kermani ile ilgili görsel sonucu

Kermani “ərəb baharı” zamanı Liviya və Suriyanın
işğalını dəstəkləyib. Multikulturalzimin əleyhinə davamlı çıxışları
isə onun irqçi meylliyini göstərir. Kermaninin İŞİD əleyhinə
çıxışları da İranın mövqeyi ilə uzlaşdırılır, yezidilər və Şərq
xristianlarını soyqırımından qurtarmaq barədə çağırışlar edir.
“İran, Rusiya, Türkiyə, Qərb dövlətləri və xalq yaraqlıları birgə
hərəkət etməlidir”, – deyə yazır. Təəccüblü deyil ki, İŞİD-ə qarşı
koalisiya yaranması və orda “Həşd-əş-Şəbi”nin (xalq yaraqlılarının)
iştirakı məhz bu ssenari üzrə getmişdi.

Belə bir oriyentalistdən Azərbaycan barəsində obyektiv yazı
gözləmək absurd olardı. İşə fars irqçilyi və Qərbin anti-Azərbaycan
çevrələrinin sifarişi qarışdığından Kermaninin türkofobiyası daha
da şiddətlənib. Maraqlıdır ki, adını çəkdiyimiz kitab haqda artıq
“azərbaycansevərliyi” ilə ad qazanmış Avropa parlamentinin sabiq
sədri Martin Şults da “resenziya” qaralayıb. Bundan əvvəl 2013-cü
ildə Şults və Kermani “Sizin adınız” adlı birgə iş də ortaya
çıxarmışdılar. Bir sözlə, Kermani Avropanın ən ardıcıl
türkofoblarından olan Martin Şultsla sıx dostluq tellərilə
bağlıdır.

1994-cü ildən Avropa parlamentinin deputatı olan Şults 17 yanvar
2012-ci ildən 17 yanvar 2017-ci ilədək Avropa parlamentinin sədri
vəzifəsini tutub. Yeniyetməliyində alkoqolizmdən əziyyət çəkən,
buna görə işdən qovulan Şults Avropa Parlamentində də avantürist
fikirlər söyləmək, müxtəlif ölkələrin rəhbərləri haqqında sağlam
məntiqə sığmayan bəyanatlar verməkdə davam edirdi. Bu baxımdan onun
İtaliyanın keçmiş baş naziri S. Berluskoni haqqında dediklərini,
İsrail parlamentindəki çıxışını və Böyük Britaniyanın Avropa
İttifaqındakı rolu haqqında söylədiklərini xatırlatmaq olar.
Bunlara görə Şults hətta nasizmin təbliğində günahlandırılmışdı.
Azərbaycan və Türkiyə haqqında həqiqətə uyğun olmayan fikirlər
söyləyən bu məmur islamofob mövqeyi ilə seçilir. 2014-cü il
noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar
iclasında, o, Leyla Yunusovanın hüquqlarının pozulması haqqında
dolaşıq fikirlər söyləmişdi.

Kermani ile ilgili görsel sonucu

Xatırladaq ki, hazırkı xarici işlər naziri Ziqmar
Qabriel 2017-ci il yanvarında federal kansler seçkiləri zamanı
Şultsun xeyrinə namizədlikdən imtina etmişdi. Beləliklə, Kermaninin
bir çox hallarda faşizm səviyyəsinə çatan antiərəb, antitürk və
azərbaycanofob baxışlarını himayə edən əsas şəxsin kimliyi də
bəllidir – Martin Şults.

İndi həmin Şults N.Kermani ilə birgə kitablar yazır, sonuncunu
mənəvi avtoritet adlandırır, Hamburqda Marian Denhoff mükafatının
təqdimatından xüsusi çıxış da edib. Mükafat Türkiyə əleyhinə
yazılmış “Gerçəkliyin süqutu” kitabına görə verilmişdi və 30 min
avro həcmində idi. Şults onu “İslam və xristianlıq arasında körpü
qurucusu” adlandırır. Görünür, o körpü hansısa bizə tanış olmayan –
azərbaycanlılarsız, türklərsiz, ərəblərsiz İslamdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp