Yenidən yazılacaq müharibə SSENARİSİ, iki şərt qarşılığında KAPİTULYASİYA…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dəməşq və YPG Afrinlə bağlı danışıqlar aparsa da,
razılaşa bilməyiblər. Afrində PYD terror qruplaşmasının Türkiyə
sərhədi ilə bağlantısı qopmaq üzrədir. Moskva Qərbin Suriyada “B
planı” həyata keçirmək cəhdində ittiham edib. Kreml nəzarətində
olan KİV-lərə və siyasi texnoloqlara mifik “Novorossiya” mövzusunu
tədricən dirçəldilməsi barədə təlimat verib.

Suriyanın ərazi bütövlüyü barədə heç kim narahat
olmasın.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri
Mövlud Çavuşoğlu deyib.

“Terror qruplaşmaları ilə mübarizə aparan heç kimə qarşı
deyilik. Fəqət PKK və YPG-ni qorumaq üçün bura gələnlərə fürsət
verməyəcəyik”, – Çavuşoğlu deyib.

Qeyd edək ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatı
Türkiyə sərhədləri yaxınlığında yaradılmış terror koridorunun ləğv
edilməsi üçün yanvarın 20-də başladılıb.

Dəməşq və YPG Afrinlə bağlı danışıqlar aparsa da,
razılaşa bilməyiblər.
Bunu Türkiyənin baş nazirinin
müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

“Türkiyə bölgədəki terror təşkilatları və terrorçuları
təmizləyənə kimi, bu mübarizə davam edəcək. Əgər rejim qüvvələri
formanı dəyişdirərək YPG/PYD sifəti ilə Afrinə girərsə, onlar da
hədəfdir. Bunu etmək istəyən heç kimə fərq qoyulmayacaq”, – hökumət
sözçüsü deyib.

Xatırladaq ki, fevralın 20-də Suriyanın hökumət qüvvələrinə
bağlı silahlılar Afrinə girməyə cəhd ediblər. Türkiyə qırıcılarının
aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra,
rejim tərəfdarı qüvvələr Afrinin şəhərinə 10 kilometr qalmış geri
çəkiliblər.

Afrində PYD terror qruplaşmasının Türkiyə sərhədi
ilə bağlantısı qopmaq üzrədir.
Türkiyə ordusunun
Afrin istiqamətində irəliləməsi nəticəsində Kilislə sərhəddə
yerləşən ərazi terrorçulardan tamamilə təmizlənib.

Məlumata görə, uğurla davam etdirilən Afrin əməliyyatı
nəticəsində PYD-nin nəzarətində Türkiyə ilə sərhəddə yalnız Hatay
və Qaziantep istiqamətində 10 kilometrlik bir sərhəd xətti qalıb.
Türkiyə Silahlı Qüvvələri və ASO bu bölgələrdə nəzarəti ələ
keçirdikdən sonra terror qruplaşmasının Türkiyə sərhədi ilə əlaqəsi
tamamilə kəsiləcək.

Suriya prezidenti Bəşər Əsədlə dialoqun qurulmasının
vacibliyi ilə bağlı Moskvadan Türkiyəyə ünvanlanan mesajlar
bir-birini əvəz edir.
İki gün əvvəl Rusiyanın xarici
işlər naziri Sergey Lavrov bildirmişdi ki, Türkiyənin təhlükəsizlik
maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə
bilər.

“Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin
ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq”
qəzetinə müsahibəsində sözügedən mesajı təkrarlayıb. Duqinin
sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində həyata
keçirdiyi “Zeytun budağı” əməliyyatında hərbi müvəffəqiyyət
Dəməşqlə əməkdaşlıqla daha da gücləndirilə bilər.

Rusiya ən yeni beşinci nəsil hərbi təyyarəsi olan
Su-57-ni Suriyadakı bazasına göndərib.
Bu barədə
informasiya Tvitter sosial şəbəkəsində suriyalı aktivistlər
tərəfindən paylaşılıb. Aktivistlər yaydığı görüntülərdə qırıcıların
məhz Su-57 olduğunu müşahidə etmək mümkün deyil. Su-57 ilə bərabər,
Hmeymimə 4 Su-35, 4 Su-25 və 1 ədəd “Uçan radar” – A-50U
göndərilib.

Qeyd edək ki, bundan öncə Rusiyanın Suriyaya 4 Su-35C və bir
A-50U təyyarəsi göndərdiyi haqqında məlumat yayılmışdı. Sözügedən
təyyarələrin Xəzər dənizi, İran və İraq marşrutu ilə hərəkət edərək
Suriyaya getdiyi bildirilmişdi.

S-57 təyyarəsi hələlik Rusiyada silahlanmaya qəbul edilməyib.
Onun 2020-ci ildə Rusiyanın silahlanmasına qəbul edilməsi
gözlənilir. Moskva bununla ABŞ-ın F-22 Raptor və F-35 təyyarələrinə
rəqib yaratmağı planlaşdırır.

Qərb Suriya üzrə Cenevrə prosesinin əvəzinə rejimin
dəyişməsi üzrə plana keçmək istəyir.
Bunu Rusiyanın
xarici işlər naziri Sergey Lavrov serb həmkarı İvitsa Daçiçlə
Belqradda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiya Suriyada 200-dən çox yeni silahını sınaqdan
keçirib.
Rusiya Duması Müdafiə Komitəsinin sədri,
deputat Vladimir Şamanov Rusiyanın bununla bütün dünyaya öz hərbi
sənaye kompleksinin effektivliyini nümayiş etdirdiyini
bildirib.

“Biz Suriya xalqına kömək edib, burada 200-dən çox silahımızı
sınaqdan keçirdik. Bu sınaqlar dünyaya rus silahının effektivliyini
göstərdi. Təsadüfi deyil ki, bu gün müttəfiqimiz olmayan ölkələr
belə bizdən silah almağa çalışır”, – deputat qeyd edib.

“Rusiya orta və kiçik mənzilli raketlərin ləğv
edilməsi haqqında müqaviləninin şərtlərinə riayət edəcəyi halda,
ABŞ dəniz bazalı nüvə döyüş başlıqlı qanadlı raketlərindən imtina
edəcək”.
Bu haqda ABŞ müdafiə nazirinin nüvə və raket
müdafiə siyasəti məsələləri üzrə köməkçisi Robert Sufer
bildirib.

“ABŞ, Rusiyadan fərqli olaraq, ani qlobal zərbə
konsepsiyası çərçivəsində kosmik məkandan hərbi hədəflər üçün
istifadə üzrə layihələrə malikdir”.
Bunu ABŞ
prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert
Makmasterin fikirlərini şərh edən “Vətən Arsenalı” jurnalının
kommersiya direktoru, hərbi ekspert Aleksey Leonkov deyib.

Kreml nəzarətində olan KİV-lərə və siyasi
texnoloqlara mifik “Novorossiya” mövzusunu tədricən dirçəldilməsi
barədə təlimat verib.
Bu haqda öz bloqunda “Donetsk
Xalq Respublikası” (“DXR”) terrorçularının keçmiş başçısı, Rusiya
diversantı İqor Qurkin (Strelkov) öz mənbələrinə istinad edərək
yazıb.

“”Novorossiya” terminini zibil səbətindən çıxartmaq və onu
yenidən hərəkətə gətirmək əmri verilib”, – terrorçu qeyd edib. Onun
sözləri görə, yaxın gələcəkdə hadisələrin inkişafının iki mümkün
variantı gözlənilir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp