Yalnız müharibə vəziyyətində… – Terrorçuların kabusu HƏRƏKƏTƏ KEÇİR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Jandarma Xüsusi
Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Müdafiə Nazirliyinin
əmrinə verilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, birliklər Afrində “Zeytun budağı” hərəkatı çərçivəsində
məskunlaşma ərazilərindəki əməliyyatlarda iştirak edəcək.

Daxili İşlər Nazirliyinə bağlı birliklər hərbi vəziyyət,
səfərbərlik və müharibə vəziyyətlərində Nazirlər Kabinetinin qərarı
ilə Müdafiə Nazirliyinin əmrinə verilə bilər. Şəhər döyüşləri üzrə
təlim keçən və döyüş təcrübəsi olan bu birliklər daha çox terrordan
təmizlənən bölgələrdə təhlükəsizliyi təmin edəcək.

Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri
“Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Bab, Azez, Cerablus və
Mare kimi şəhərlərdə daxili təhlükəsizlik əməliyyatlarında iştirak
edib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp