Türkiyə Gürcüstan məsullarına kvotanı ləğv etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Gürcüstan məhsullarına tətbiq etdiyi kvotanı
ləğv edib. Bu da gürcü istehsalçıların Türkiyəyə ixrac etdikləri
məhsulların həcmini təqribən 20 faiz artıracaq.

Bu barədə razılıq bu gün Ankarada, Gürcüstan Baş nazirinin
birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri
Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi
arasında keçirilən görüşdə əldə olunub.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən
bildiriblər ki, görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət
haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin
artırılması məsələləri müzakirə olunub. Türkiyə tərəfi Gürcüstanın
sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz
konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini
bildirib.

Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət
tərəfdaşıdır və 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi
1,5 milyard dollar təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp