Taekvondo üzrə respublika çempionatı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Böyüklər arasında keçirilən Taekvondo üzrə respublika
çempionatının ilk günündə fəxri kürsünün sahibləri bəlli
olub.

Publika.az xəbər verir ki, müxtəlif çəki
dərəcələrində döyüşən 28 idmançı fəsxri kürsünün 4 pilləsində
qərarlaşıb.

Kişilər arasında -54 kq çəki dərəcəsində döyüşən İlham Əliyev
ilk sıraya yüksəlib. -63 kq çəki dərəcəsində isə Roman Samodurov
birinci olub. -80 kq və +87 kq kateqoriyalarında müvafiq olaraq
Fariz Əliyev və Payam Qobadi Oğaz fəxri kürsünün ilk pilləsinə
qədəm qoymağı bacarıb.

Qadınların yarışında -49 kq çəki dərəcəsində Fatemeh Shabannia
Mansour, -57 kq çəki dərəcəsində Mahtab Kiyanichandeh, +73 kq çəki
dərəcəsində isə Elvarə Cəlilova birinciliyi qazanıb.

Qeyd edək ki, 21 fevral tarixində başlayan çempionat 25 fevral
tarixində başa çatacaq.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp