Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət
orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat
idi”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu
ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında
bildirib.
H. Hacıyev deyib ki, bu təxribata əl atmaqla sübut etməyə
çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün
deyil: “Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi”.