Sankt-Peterburqda terror aktının qarşısı alındı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX)
Sankt-Peterburqda terror aktının qarşısını alıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında
bildirilir.

Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin
vətəndaşı nəqliyyat infrastrukturuna aid obyektlərdə və insanların
çox olduğu digər ictimai yerlərdə terror aktı törətməyi
planlaşdırırmış.

FTX-nın hazırda əməliyyat-axtarış və istintaq tədbirlərini davam
etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik
açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp