Rusiya prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya prezidenti Vladimir Putin Dövlət Kreml sarayında
Vətən Müdafiəsi günü münasibəti ilə keçirilən təntənəli gecəyə
dəvət olunan Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan,
Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə
idarələrinin rəhbərləri ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya
prezidentinin saytı məlumat yayıb.

Putin Zakir Həsənova dövlət təhlükəsizliyini təmin etməkdə
uğurlar arzulayıb

Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı
etimadın dəyərini qeyd edib:

“Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya,
dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz
buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi
həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan
daha yaxşı bilirsiniz.

Kimin üçün ki, silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan 23
fevral tarixi gündür, onları ikiqat təbrik edirəm. Hamınıza,
hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə
öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar
arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp