Qış Olimpiya Oyunlarındakı yeganə təmsilçimizdən BİABIRÇI NƏTİCƏ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2018 Pxençxan Qış Olimpiya Oyunlarında dağ
xizəkçiliyinin slalom növündə qalib müəyyənləşib.

Publika.az xəbər verir ki, Azərbaycanı yeganə
təmsilçisi Patrik Braxnerin iştirak etdiyi yarışda inamlı təsir
bağışlayan isveçli Andre Mürer bütün rəqiblərini qabaqlayıb.

İsveçrəli Ramon Tsenhoyzern gümüş, avstriyalı Mixael Matt isə
bürünc medal qazanıb.

Qeyd edək ki, yeganə təmsilçimiz Patrik Braxner birinci keçiddə
buz üzərində yıxılaraq finişə çata bilmədiyi üçün mübarizəni erkən
dayandırıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp