“Qırmızı kart kralı”ndan növbəti BİABIRÇI REKORD
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Serxio
Ramos daha bir rekorda imza atıb.
Publika.az xəbər verir ki, müdafiəçi ötən gün
səfərdə keçirilən “Leqanes”ə qarşı oyunda sarı kart alıb. Bununla
da, Ramos 163-cü xəbərdarlığını görüb və “La Liqa”-da rekorda imza
atıb.
Qeyd edək ki, oyun 1:3 hesabı ilə “Real”ın xeyrinə
yekunlaşıb.
Zümrüd