partlayış baş verən zavodun baş direktoru “vuruldu”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş
verib.

Publika.az “AzeriDefence”ə istinadən xəbər
verir ki, nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq”
İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu
vəzifədən azad edilib. Onun yerinə “Optika-Mexanika” İstehsalat
Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub. Bununla
yanaşı, “Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr
dəyişiklikləri olub.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi “Üfiq”
İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il
öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki “Araz” zavodunda
ölümlə nəticələnən partlayış, fevralın 6-da isə “Radioquraşdırma”
zavodunun anbarında yanğın baş verib.

MSN-dən “Azeri Defence”yə kadr dəyişikliyi xəbərini
təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan
kadr dəyişikliyi nəticəsində “Optika-Mexanika” İstehsalat
Birliyinin baş direktoru Çingiz Əliyev “Üfiq” İstehsalat Birliyinə,
“Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə
“Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.

Mia.az xəbər verir ki, “Üfiq” İstehsalat Birliyi
“Optika-Mexanika” İstehsalat Birliyindən dəfələrlə kiçik
müəssisədir. Yəni, Ramiz Məmmədovun ora təyinatı cəzalandırma kimi
dəyərləndirilə bilər. Görünür, R.Məmmədov nəzarətində olan
müəssisələrdə baş verən hadisələrə görə daha geniş səlahiyyətlərdən
məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp