Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan
kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu
Ayrım, Qızılhacılı və Cəfərli kəndlərində, Berd rayonunun Çinari
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz
rayonunun Ağdam, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və
Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy,
Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə
tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp