Moody’s-dən manatın məzənnəsi və inflyasiya ilə bağlı PROQNOZ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Moody’s” beynəlxalq reytinq agentliyi 2018 və 2019-cu
illərdə Azərbaycanda inflyasiyanın azalacağını
gözləyir.

Bu barədə reytinq agentliyinin hesabatında deyilir.

Hesabata əsasən, 2018-ci ildə Azərbaycanda inflyasiya 6 faiz,
2019-cu ildə 5 faiz səviyyəsində proqnozlaşdırılır. Qeyd olunur ki,
manatın məzənnəsinin sabitliyində əminlik inflyasiya gözləntilərini
azaldır.

Bundan başqa, “Moody’s” Azərbaycanda iki il ərzində ÜDM-in
artacağını gözləyir. Proqnozlara görə, 2018-ci ildə Azərbaycanda
ÜDM 1,5 faiz, 2019-cu ildə 2 faiz artacaq. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp